Əhatəyə alınmış bir qala: İnsan orqanizmi

Təmizliyə nə qədər diqqət etsək də, yaşadığımız mühiti bir çox mikroorqanizm ilə paylaşırıq. Hal-hazırda oturduğunuz otağı bir mikroskopla izləmək imkanınız olsaydı, birlikdə yaşadığınız milyonlarla canlını asanlıqla görə bilərdiniz .

Bu vəziyyətdə insan "əhatə alınmış bir qala" mövqeyindədir. Şübhəsiz ki, ətrafı saysız-hesabsız düşmənlə mühasirəyə alınmış bir qalanın qorunması tam və planlı şəkildə həyata keçirilməlidir. Budur, insan ehtiyacı olan bu mükəmməl mühitlə birlikdə yaradılmışdır, buna görə sözügedən düşmənlərə qarşı müdafiəsiz deyil. Bədənindəki " mikro " qorumaları, insanı heç vaxt tək buraxmır və bir çox cəbhədən insan üçün döyüşürlər.


mudafie sistemi
Burunun selikli qişasındakı soyuqdəymə bakteriyası

mudafie sistemi
Yeni fırçalanmış dişin üzərindəki bakteriyalar

Bədəni ələ keçirmək istəyən düşmən hüceyrələri əvvəlcə onları gözləyən ön cəbhələri keçmək məcburiyyətindədirlər. Bu cəbhələrdə bəzən çətin anlar yaşansa da, düşmənə asanlıqla yol verilmir. Düşmənin keçməsi lazım olan ilk cəbhə isə dərimizdir.


mudafie sistemi
İnsanların görmədikləri, amma hər an birlikdə yaşadıqları milyonlarla canlılardan yalnız biri olan toz gənəsi.

mudafie sistemi
Bu şəkildə isə bir parazit sürfəsi insan dərisinin içinə girərkən görünür. Dəri vasitəsi ilə qan-damar sisteminə daxil olaraq, çoxalmaq üçün damarlara yerləşir. Bu kiçik canlı, insanın müdafiə ordusundan xilas ola bilmək üçün inanılmaz taktikalar tətbiq edir, hətta özünü ana hüceyrədən aldığı bir maddə ilə örtərək kamuflyaj edir.

BƏDƏNİMİZİN QORUYUCU ZİREHİ: DƏRİ

Bir örtük kimi bütün bədəni örtən dəri əvvəldən axıra kimi heyrətləndirici xüsusiyyətlərlə doludur. Öz-özünü təmir edə bilməsi, yenilənməsi, səthində məsamələrin ( tük dəlikləri ) mövcud olmasına baxmayaraq, su keçirməməsi , tərləmə yolu ilə suyu xaricə ifraz etməsi, asanlıqla cırılmayacaq qədər qalın, eyni zamanda hərəkət etməyə imkan verəcək şəkildə incə və elastik olması, istidən, soyuqdan, zərərli günəş şüalarından bədəni qoruya bilməsi dərinin insan üçün yaradılmış xüsusiyyətlərindən bəziləridir. Ancaq burada bu qeyri-adi örtüyün daha fərqli tərəfini, orqanizmimizi xəstə edən mikro düşmənlərdən qoruma xüsusiyyətinin üzərində dayanılacaq. Əgər bədən düşmənlərlə əhatə edilmiş bir qaladırsa, dərinin də bu qalanın möhkəm divarlarını təşkil etdiyini deyə bilərik.


mudafie sistemi

Təhlükəli düşmənlərə qarşı orqanizmin ilk müdafiəsi, dəri toxumasının yaralanmadan sonra sürətlə özünü bərpaetmə qabiliyyətinə malik olmasıdır. Müdafiə hüceyrələri, yad hüceyrə ilə mübarizə aparmaq və zərər görmüş toxumanın qalıqlarını təmizləmək üçün o bölgəyə gedirlər. Sonra digər immunitet hüceyrələri də fibrin istehsalını tənzimləməyə kömək edir. Fibrin lifli tor ilə sürətlə yaranı örtən bir zülaldır . Bu şəkildə qırmızı qan hüceyrələrini örtən fibrin göstərilir.

Dərinin əsas qoruyucu funksiyası , onun xarici qatı əmələ gətirən ölü hüceyrələr sayəsində həyata keçirilir. Hüceyrə bölünür, əmələ gəlmiş hər yeni hüceyrə, dərinin daxili hissəsindən səthə doğru hərəkət edir. Bu zaman hüceyrədaxili maye ( sitoplazma ) bərk zülal olan keratinə çevrilir. Bu əməliyyat zamanı hüceyrə ölür. Yaranan keratin maddəsi olduqca möhkəmdir və həzm fermentləri ilə parçalanması çox çətindir. Bu möhkəmlilik deməkdir. Bədəni zəbt etmək istəyən bakteriya və göbələklər dərinin xarici təbəqəsindən qidalanacaq bir şey tapa bilməyəcəklər.
Bundan başqa, keratin tərkibli ölü səthi hüceyrələr arası kəsilmədən dəri səthindən tökülürlər. Bu yolla itirilən hüceyrələr altdan yeni əmələ gələnlərlə əvəz ediləndə, həmin bölgələrdə içinə nüfuz edilməsi çətin bir maneə yaranır.


mudafie sistemi

DƏRİNİN DƏRİNLİKLƏRİ

Yan hissədə dərinin qatlarını ətraflı göstərən şəkil görünür. Dəridən ifraz olunan tər damcılarının bədəndə müxtəlif rolları vardır. Orqanizmin hərarətini aşağı salmaqdan başqa, dərinin səthində yaşayan bəzi bakteriya və göbələklərin qidasını təşkil edir və laktat turşusu istehsal edirlər. Beləliklə, bədən dərisindəki PH nisbətini aşağı salmış olurlar. Dəri səthində yaranmış bu turş mühit zərərli bakteriyaların orada məskən salmasına çətinlik yaradır.

Dərinin bir digər qoruyucu funksiyası da üzərində yaşayan canlılar tərəfindən təmin edilir. Burada dərinin turşu mühitinə uyğunlaşmış, təhlükəli olmayan mikroblardan ibarət bir icma yaşayır. Dərinin epidermisinə yapışmış artıqlarla qidalanan bu mikroblar qidalanma sahələrini qorumaq üçün hər cür əcnəbiyə hücum edirlər. Həmin sözügedən mikroblara ev sahibliyi edən dəri bu xüsusiyyəti sayəsində daxilimizdəki ordunu dəstəkləyən köməkçi bir qüvvə kimidir.

TƏNƏFFÜS ZAMANI MÜDAFİƏ

Düşmənlərimizin öz məqsədlərinə çatmaq üçün istifadə etdikləri yollardan biri də tənəffüs yollarıdır. Hər an nəfəs aldığımız havada olan yüzlərlə növ və xüsusiyyətdəki mikroblar bu yolla bədənimizə daxil olmağa çalışırlar. Ancaq burunun daxilində onları bir gözətçi kimi gözləyən maneədən xəbərsizdirlər. Burunun selikli qişasındakı xüsusi bir ifrazat, birbaşa və ya toz, damcı və digər maddələr ilə birlikdə tənəffüs sisteminə girən mikroorqanizmlərin təxminən 80-90% -ini tutaraq xaricə atır. Bundan başqa, tənəffüs yollarında olan titrək tüklü hüceyrələrin (kirpikciklərin) hərəkəti ilə mikroblar xaric edilir. Öskürək və asqırıq refleksləri də bu funksiyanı asanlaşdırır.

Bu maneələri (ağız-burun boşluğu, bronx, ağciyər) aşaraq alveola çata bilən mikroblar faqositlər tərəfindən udulur. Bundan sonar, səyyar vəziyyətə keçən faqositlər udduqları mikroblarla birlikdə yuxarıya doğru hərəkət etdirilərək müxtəlif üsullarla xaric edilirlər. Hər nəfəs alıb-vermənizdə - bu an da daxil olmaqla - bu sərhəd qapılarında , varlığından belə xəbərsiz olduğunuz bir döyüş baş verir. Bu sərhəd qapılarının gözətçiləri, sizin sağlamlığınızı qorumaq üçün düşmənlə son nəfəsədək döyüşürlər.

HƏZM SİSTEMİ MÜDAFİƏSİ

Mikrobların orqanizmə başqa giriş yolu da qidamızdır. Ancaq onların istifadə etdiyi bu yoldan da xəbərdar olan orqanizmimizin müdafiəçiləri, qidanın düşdüyü nahiyədə, yəni mədədə onları gözləyirlər. Bundan başqa, gələcək mikroblar üçün gözlənilməz hədiyyə də hazırlanmışdır, bu hədiyyə mədə turşusudur. Bu turşu bütün maneələri aşaraq mədəyə çatmağı bacarmış mikroblar üçün olduqca acı bir hədiyyədir. Mikrobların hamısı olmasa da böyük əksəriyyəti bu turşuya məğlub olurlar.

Bəzi mikroblar mədə turşusu ilə kifayət qədər təmasda olmadıqlarını, bəzi mikroblar da dözümlülük göstərmələrindən dolayı bu maneəni aşmağı bacarırlar. Amma keçdikləri hər yolda onları öldürə biləcək müdafiəçilər vardır. Buna görə də onları bu dəfə başqa sürpriz gözləyir: Nazik bağırsaqda istehsal olunan həzm fermentləri. Üstəlik, bu səfər xilas olmaları əvvəlki qədər asan da olmayacaq.
Göründüyü kimi, mikrobların hücumlarının hər mərhələsində onları gözləyən müdafiəçilər vardır. Bu müdafiəçılər insan bədəni üçün xüsusi olaraq yaradılmışlar.


mudafie sistemi

5900 dəfə böyüdülmüş bu şəkildə tənəffüs borusunun içindəki hüceyrələr (mavi rəngli olan ) öz toxumalarını (sarı rəngli) havadakı hissəcikləri tuta biləcək bir maddənin ifrazı üçün istifadə edirlər.

mudafie sistemi

Şəkildə ağciyər toxumalarındakı makrofaqlar görünür. Bunlar nəfəs aldığımız havadakı tozları təsirsiz hala gətirirlər.

Elə burada bəzi əhəmiyyətli suallar yaranır:

Xaricdəki mikrobların qida yolu ilə bədənimizə girmək istəyəcəklərini, yeməklərin yolunu, mikrobların necə yox ola biləcəklərini, bu maneədən xilas olunduğu təqdirdə hara gedəcəklərini, daha güclü hansı maddələrlə qarşılarına çıxılması lazım olduğunu kim təyin edib? Daha əvvəl heç orqanizmin xaricinə çıxmamış , bu səbəbdən çöldəki mikrobların heç birinin kimyəvi quruluşunu araşdırma imkanı olmayan, bundan başqa kimya təhsili almamış bədən hüceyrələrimi?

Əlbəttə, xeyr. Belə bir müdafiə sistemini həm xarici dünyanı, həm bu dünyadakı qidaları, həm bu qidalara ehtiyacı olan orqanizmi, həm də bu qidaları həzm edəcək sistemi Yaradan var etmişdir. Bu üstün güc sahibi Yaradıcı Uca Allah’dır.



BAŞQA BİR ÜSUL: DÜŞMƏNİ DÜŞMƏNƏ QIRDIRMA

Orqanizmimizdə bizimlə birlikdə yaşayan, ancaq xəstəliyə səbəb olmayan başqa mikroorqanizmlər da vardır. Bəs bizə zərər vermədən həyatlarını davam etdirən bu canlılar kimlərdir və bədənimizdə yaşama məqsədləri nədir?

Bu sualların cavabı bu təsvirin içində gizlənmişdir: İnsan orqanizminin müxtəlif hissələrində qruplaşdırılan zərər verməyən , hətta bəzi faydalar verən mikroorqanizm birliklərinə , orqanizmin normal mikroflorası deyilir.

Bunlar müdafiə ordusunu mikroblara qarşı xaricdən dəstəkləyirlər. Çünki onların da maraqları, yad orqanizmlərin bədənə yerləşməməsi istiqamətindədir. Hər hansı bir mikrobun bədənə girməsi ilə bu canlıların yaşam sahələri də işğal altına girəcəyindən, öz məkanlarını xaricilərə verməmək üçün vargücləri ilə döyüşürlər. Bunları bədən üçün çalışan " muzdlu əsgərlər " adlandıra bilərik. Mənfəət qarşılığında yaşadıqları ərazini qorumağa çalışırlar. Beləcə orqanizmimizdəki tam təchizatlı ordunun yanına, bir də bu mikro dəstəkçilər əlavə olunur.

Bu "muzdlu əsgərlər" bədənimizə necə yerləşirlər?

İnsan embrionu ana bətnində hələ heç bir düşmənlə qarşılaşmamışdır. Embrion doğum anında və doğumdan sonra düşdüyü mühitlə təmas edərək , aldığı qida maddələri və tənəffüs yolu ilə orqanizmə yoluxan müxtəlif növ və saydakı mikroblarla qarşılaşır. Bəzisi dərhal ölür, bəzisi yerləşməyə belə imkan tapa bilmədən keçib gedir. Bir qismi isə dəri, dəri büküşləri, ağız, burun, göz, tənəffüs yolları, həzm kanalı, cinsi orqanlar kimi bədənin müxtəlif yerlərinə yerləşirlər. Bu mikroblar müvəqqəti koloniyalar şəklində bir ömür boyu qalaraq bədənin mikroflorasını meydana gətirirlər.

BİZİM MİKRODÜŞMƏNLƏRİMİZ KİMLƏRDİR?

Mikro düşmənlərimiz isə orqanizmin özünə aid olmayıb, hər hansı bir yolla daxil olan, bu səbəbdən orqanizmin müdafiə ordusunu fəaliyyətə gətirən mikro canlılardır.


mudafie sistemi

Dünyada yüzlərlə növ bakteriya vardır. Şəkillərdə bunlardan bir neçəsi göstərilir.

Şübhəsiz, bədənə hər daxil olan yad hüceyrə , dərhal düşmən rəftarı görmür. Qida və dərman qəbul edərkən, su içərkən də bədənimizə xarici xüsusiyyəti olan maddələr daxil olur. Ancaq bədən bunlarla bir döyüşə girmir. Xarici maddənin, müdafiə hüceyrələri tərəfindən düşmən kimi qəbul edilməsi üçün bəzi şərtlərin olmalıdır. Molekul böyüklüyü, bədəndən atılma sürəti, bədənə daxil olma şəkli kimi ...


BAKTERİYALAR


mudafie sistemiiynə ucunda olan bakteriyaların böyüdülmüş görüntüsü

Mikro düşmənlərimiz arasında bakteriyaların sayı olduqca çoxdur.

Bakteriyalar müxtəlif yollardan insan orqanizminə daxil olaraq, burada dəhşətli bir döyüşün başlamasına səbəb olurlar. Bəzən olduqca ciddi narahatlıqlarla nəticələnən bu döyüşlər, bir neçə mikron böyüklüyündəki bir canlıda gizlənmiş gücü və qabiliyyəti açıq-aydın ortaya qoyur. Bundan əlavə, son zamanlarda edilən araşdırmalar göstərmişdir ki, bakteriyalar ən ağır və çətin şərtlərdə belə fövqəladə bir dözümlülüyə malikdirlər. Xüsusilə bakteriyaların spor adlandırılan formaları istiliyə və quraqlığa uzun zaman tab gətirə bilirlər. Bəzi mikrobların çətin məhv edilməsi də buna görədir.

VİRUSLAR

İnsan bədəni sanki qiymətli bir almazın çox etibarlı bir kassada mühafizə edilməsi kimi sıx bir nəzarətə və müdafiəyə malikdir. Ancaq bədəni ələ keçirməyə çalışan canlıların bir qismi də sanki təcrübəli bir oğru kimi hərəkət edirlər. Bu oğrulardan ən tanınan və mühüm olanlarından biri viruslardır.
Elektron mikroskopunun kəşfi ilə varlığından xəbər tutduğumuz bu canlılar hüceyrə belə sayıla bilməyəcək qədər sadə quruluşlu və kiçikdir. Ölçüləri , 0.1 ilə 0.280 mikron ( millimetrin mində biri ) arasında dəyişən, 10 dənəsi ard-arda düzüldükdə 3 sm-dən daha qısa bir uzunluq meydana gətirə biləcək qədər kiçik olan viruslar, bu səbəbdən bir çox alim tərəfindən canlılar aləminin xaricində tutulurlar. Corc Gamow , 1-2-3 Sonsuz, s. 245


mudafie sistemisistemdən xilas olmaq üçün öz quruluşunu dəyişdirən bir virus (rhinovirüs 14)

Sinif olaraq canlılar aləminin xaricində tutulsalar da , ən az digər canlılar qədər üstün qabiliyyətlərə sahib olduqları danılmaz bir həqiqətdir. Virusların həyatları araşdırılanda da bu bu həqiqət aydın görünür. Viruslar, digər canlıların zəruri parazitidir; yəni yaşamaq üçün bir bitki, heyvan, ya da insan hüceyrəsinə daxil olub, onun qidasını, enerjisini istifadə edir. Çünki virusların sərbəst həyat keçirə biləcəyi bir sistemə malik deyil. Viruslar sanki bu həqiqəti bilmiş kimi ustalıqla bir hüceyrənin içinə daxil olur, yenə eyni ustalıqla oranı zəbt etdikdən sonra, hüceyrəni onları kopyalayan " virus istehsal fabriki "nə çevirirlər

Virusun hüceyrəni ələ keçirmək məqsədi ilə tətbiq etdiyi bu plan son dərəcə mürəkkəb və mükəmməldir. Virus əvvəlcə hüceyrənin özünə uyğun olub olmadığını müəyyən etməlidir. Bu əməliyyatı son dərəcə diqqətli və dəqiq etməlidir. Çünki edəcəyi ən kiçik səhv, məhv olmasına səbəb olar. Belə bir nəticə ilə qarşılaşmamaq üçün xüsusi qəbul edicilər sayəsində hüceyrənin özünə uyğun olub-olmadığını yoxlayır. Daha sonra edəcəyi ən mühüm iş isə özünü hüceyrənin içinə qüsursuzca yerləşdirməlidir.

Virus tətbiq etdiyi taktikalarla hüceyrəni çaşdırır və varlığının nəzərə çarpmasına icazə vermir.

Hadisələr bundan sonra belə inkişaf edir: Hüceyrə virusa aid yeni DNT-ni nüvənin içinə daşıyır. Hüceyrə, zülal hasil etdiyini zənn edərək bu yeni DNT-ni hazırlamağa başlayır. Virusun DNT-si hüceyrədə o qədər hiyləgər gizlənir ki, hüceyrə hiss etmədən öz düşməninin istehsal fabrikinə çevrilir və özünü də məhv edəcək virusları hasil edir. Hüceyrənin virusun irsi quruluşunu yad qəbul etməsi həqiqətən də çox çətindir.

Virus özünü hüceyrəyə o qədər yaxşı montaj edir ki, sanki ona aid bir hissədir. Çoxalma işini tamamladıqdan sonra özü və yeni viruslar eyni işi başqa hüceyrələrdə təkrarlamaq üçün o hüceyrədən çıxırlar. Bu hadisələr zamanı virus ev sahibi hüceyrəni öldürə bilər, ona zərər verə bilər, dəyişdirə bilər və ya heç bir şey etməz ; bu virusun və hüceyrənin cinsinə bağlıdır.

Ebola virusu
http://www.harunyahya.org/bilim/hy_savunma_sistemi_mucizesi/res/15a.jpg

Qrip virusu
http://www.harunyahya.org/bilim/hy_savunma_sistemi_mucizesi/res/15b.jpg

SOYUQDƏYMƏ VİRUSU
http://www.harunyahya.org/bilim/hy_savunma_sistemi_mucizesi/res/15c.jpg

Əsasən çox möhkəm bir nəzarət mexanizminə malik olan hüceyrənin, hansı üsulla aldadılıb, virus istehsal edən fabrikə çevrildiyi hələ tam olaraq cavablandırılmamış suallardandır. Olduqca xüsusi quruluşu olan və canlılar aləminə belə daxil olmayan virusların belə ağıllı hərəkət etmələrinin, bu cür təsirli taktikaları düşünüb planlaşdırmalarının ardındakı sirr, şübhəsiz ki, onları sahib olduqları qabiliyyətlərlə birlikdə meydana gətirən bir Yaradıcının varlığındadadır.

Belə ki , virusun sahib olduğu xüsusiyyətlər tamamilə hüceyrənin daxilində fəaliyyət göstərən sistemi istifadə etmək üçün nəzərdə tutulmuşdur. Virusu yaradan gücün hüceyrənin çox mürəkkəb iş prinsiplərini də bildiyi aydındır. Bu güc virusu içinə yerləşəcəyi hüceyrəni və bütün kainatı yaradan Allah’a aiddir.
Kiçik quruluşları ilə onlardan milyonlarla qat böyük olan insan orqanizmini xəstəliyə, bəzən də ölümə belə aparan viruslar, insanlara acizliklərini xatırlatmaq üçün Allah tərəfindən yaradılmış xüsusi varlıqlardır.

Ayələrdə Rəbbimiz belə buyurur:

O, göyləri görə biləcəyiniz bir dirək olmadan yaradıb saxlamış, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar qurmuş və ora cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağmur yağdırıb orada cürbəcür gözəl bitkilər bitirdik. Bunlar Allah’ın yaratdıqlarıdır. İndi siz mənə göstərin görüm, Ondan başqaları nə yaradıblar. Xeyr! Zalımlar açıq-aydın azğınlıq içindədirlər. (“Loğman” surəsi, 10-11)