Qızğın müharibəyə addım-addım

Bura qədər immun sistemi, bu sistemi təşkil edən orqanlar, hüceyrələr, eyni zamanda bu sistemin düşmənləri barədə müəyyən məlumata yiyələndik. Bu bölmədə isə immun sistemi ilə “düşmənləri” arasında gedən qızğın döyüşə və bədənimizin mükəmməl müdafiə sisteminə şahid olacağıq.

İmmunitetimizin mübarizəsi üç əsas mərhələdən ibarətdir:

1 - Düşmənin aşkar edilməsi, ilkin müdaxilə
2 - Əsas ordunun müdaxiləsi, qızğın döyüş
3 – Vəziyyətin stabilləşməsi

İmmun sistemi mübarizəyə girişməzdən əvvəl düşmənini müəyyənləşdirir, çünki düşmənin növündən asılı olaraq müdafiə üsulu seçir. Bundan əlavə kəşfiyyat düzgün aparılmasa, bu sistem səhvən öz hüceyrələrimizə zərər verə bilər.
Xəstəliyin törədicisi olan hər hansı bir mikrob orqanizmə daxil olduqda, onların yolunu kəsən ilk "döyüşçülər" faqositlər olur. Faqositlər orqanizmdə mövcud olan xeyli sayda hüceyrə qrupu olub, zərərli bakteriyaları, yad cisimləri, həmçinin ölmüş hüceyrələri udmaq yolu ilə orqanizmi müdafiə edirlər (bu proses "faqositoz" adlanır). Adətən düşmənlə ilkin fiziki təmasa keçən piyada qrupunu xatrıladırlar.

Bəzən faqositlər “düşmənin” yayılma sürətinin qarşısını ala bilmir. Belə olduqda makrofaqlar fəaliyyətə keçir. Bu hüceyrələri isə “düşmən ordusunu” yaran süvarilərə bənzədə bilərik. Eyni zamanda makrofaqlar ifraz etdikləri xüsusi zülal vasitəsi ilə bədəndə ümumi həyəcan siqnalının verilməsini , yəni bədən hərarətinin yüksəlməsini təmin edirlər.


mudafie sistemi 1- Döyüş başlayır. Bədəni zəbt etməyə çalışan viruslardan bəziləri makrofaqların əmri ilə antigenlər tərəfindən tutularaq məhv edilir. Qan dövranında mühafizəçi rolu oynayan milyonlarla T-xelper hüceyrələrindən bəziləri bu antigeni "oxumaq" üçün proqramlaşdırılmışdır. T hüceyrəsi makrofaqla əlaqəyə girdikdə aktivləşir.

2 - Qüvvələr çoxalır. Aktivləşən T-xelper hüceyrələri çoxalmağa başlayır. Daha sonra bunlar istilaçı viruslara qarşı həssas olan bir neçə təbii killer (TK) hüceyrələri B- və T- hüceyrələrinin çoxalması üçün fəaliyyətə başlayırlar. B hüceyrələrinin sayı artdıqca T-xelper hüceyrələri onlara anticisim istehsalına başlamaq əmri verir.

3 - İnfeksiyaya qalib gəlmə Artıq bəzi viruslar bədən hüceyrələrini ələ keçirmişdir. Viruslar ancaq bədənimzin hüceyrələrində çoxala bilirlər. TK (təbii killer) hüceyrələri kimyəvi üsulla bu virusların zərini deşir və içindəkiləri çölə tökür. Beləliklə virusun çoxalma dövrünü dayandıraraq onu öldürür. Daha sonra anticisimlər bu virusların səthinə yapışaraq təsirsiz vəziyyətə gətirir və digər hüceyrələrə də keçməsinə mane olur. Sonda infeksiyadan təsirlənmiş hüceyrələri məhv edən kimyəvi reaksiyalar hazırlayırlar.

4 – müharibə başa çatır Xəstəliyə qalib gəldikdən sonra T-suppressor hüceyrələri bütün hücum sistemini dayandırırlar. “İmmun yaddaşına” malik olan T və B hüceyrələri eyni virusla yenidən qarşılaşsalar dərhal fəaliyyətə keçmək üçün qan və limfa sistemində qalırlar.

Makrofaqların maraqlı xüsusiyyətlərindən biri də virusu tutub udduğu zaman virusun xüsusi bir hissəsini qoparıb bayraq kimi üzərində daşımasıdır. Bu hissəcik müdafiə sisteminin digər işçiləri üçün bir işarə , eyni zamanda da məlumat xarakteri daşıyır.
Makrofaqdan əldə etdikləri məlumat sayəsində düşmənini tanıyan T-xelper hüceyrələri ilkin olaraq TK (təbii qatil) hüceyrələrini çoxalmaq üçün edir. Xəbərdar edilən TK hüceyrələri , qısa müddətdə böyük bir ordu halına gəlirlər. T-xelper hüceyrələri təkcə TK hüceyrələrini xəbərdar etmir, eyni zamanda həm hadisə yerinə daha çox faqosit cəlb edir, həm də düşmənlə bağlı əldə etdikləri məlumatı dalağa və limfa vəzilərinə çatdırırlar.

Bu məlumat sayəsində limfa vəzilərində hazır vəziyyətdə növbəsini gözləyən B hüceyrələri fəaliyyətə keçirir ( B hüceyrələri sümük iliyində istehsal edildikdən sonra öz növbəsini gözləmək üçün limfa vəzilərinə göndərilirlər.)

Fəaliyyətə keçən B- hüceyrələri bir neçə mərhələdən keçir. Xəbərdar edilən hər bir B hüceyrəsi eyni növdə minlərlə hüceyrə əmələ gələnə qədər çoxalmağa başlayır. Döyüşə hazır olan B hüceyrələri bölünür və dəyişərək plazma hüceyrələrinə çevrilirlər. Onlar isə öz növbəsində anticisimlər ifraz edirlər. İfraz olunan anticisimlər düşmənə qarşı istifadə edilən “silah”dır . Daha əvvəl də qeyd etdiyimiz kimi, B hüceyrələri saniyədə minlərlə silah (anticisim) istehsal edə bilərlər. İstehsal edilən bu silahların istifadəsi çox əlverişlidir. Onlar düşmənə (antigenə) qarşı birləşərək onun bioloji quruluşunu poza bilirlər. Əgər virus hüceyrəyə daxil olsa anticisimlər virusu ələ keçirə bilmirlər . Bu dəfə yenə TK hüceyrəsi fəaliyyətə keçir və Əsas Histouyğunlaşma Kompleksi ( Major Histocompatibility Complex (MHC)) molekulları sayəsində hüceyrənin içindəki virusları aşkar edir və hüceyrəni məhv edirlər.

Lakin virus TK hüceyrələrinin belə aşkar edə bilməyəcəyi şəkildə kamuflyaj olunarsa bu dəfə qısaca NK adlandırılan " təbii qatil hüceyrələr " (natural killer cells) fəaliyyətə keçir. Bu hüceyrələr daxilində virus olan və digər hüceyrələrin nəzərindən qaçan bütün hüceyrələri məhv edirlər.

Düşmən üzərində qələbə çaldıqdan sonra sonra T hüceyrələri döyüşü dayandırırlar. Döyüş başa çatsa da əsla unudulmayacaq. İmmun yaddaşa sahib hüceyrələr düşməni hafizəsinə yazır. Uzun illər orqanizmdə yaşayan bu hüceyrələr eyni düşmənlə təkrar qarşılaşsa daha sürətli və güclü müdafiə sistemi qurur.


mudafie sistemi

Qüsursuz xəbərləşmə sistemi

1 – Hücuma keçən bir orqanizmi udan və T-xelper hüceyrəsi ilə birləşən makrofaq. T-xelper hüceyrəsini aktivləşdirən maddə (interleykin, İL -1). İL -1 eyni zamanda beyni xəbərdar edərək bədən hərarətinin artmasını da təmin edir. Bu da immunitet hüceyrələrinin hərəkətini artıran soyuqdəymə meydana gətirir.
2 – Aktivləşən T-xelper hüceyrəsi digər T-xelper və TK (təii qatil hüceyrəsi) hüceyrəsinin inkişafını və bölünməsini təmin edən interleykin 2 -ni( İL -2) ifraz edir. (BCGF )
3 - B hüceyrələrinin sayı artdıqca T-xelper hüceyrələri başqa bir maddə ( BCDF ) istehsal edir. Bu da B hücrelerinə çoxalmanı dayandırma və anticisim ifrazına başlama əmrini verir.
4 - T-xelper hüceyrələri eyni maddə ilə TK hüceyrələrini də aktivləşdirir. Eyni zamanda makrofaqları infeksiyanın yanında saxlayaraq ətrafdakı hüceyrələrin həzm edilməsinə kömək edir .

İnsana təkcə bu siqnalizasiyanı (xəbərdarlığı) idarə etmə vəzifəsi tapşırılsaydı, şübhəsiz ki, yaşamaq insanlar üçün olduqca çətin olardı.

Döyüşdə iştirak edən milyonlarla “qəhrəmanlar” hamısı birlikdə bir nöqtənin içini doldurmayacaq qədər kiçik hüceyrələrdir.

Bu döyüşün iştirakçıları ağıl sahibi insanlar deyil .

Üstəlik insanları heyrətə salan bu ordu təkcə döyüşmür, eyni zamanda istifadə etdiyi bütün silahlarını özü istehsal edir, döyüş planlarını , strategiyalarını özü qurur və müharibə bitdikdən sonra ətrafı təmizləyir. Sizcə, bütün bu əməliyyatlar hüceyrələrin deyil, insanın idarəsində olsaydı belə bir “döyüşün öhdəsindən gələ bilərdikmi?


Orqanizmimizdəki bu “döyüşü” özümüz idarə etsəydik nə baş verərdi?

İnsan vücuduna daxil olan mikrobu və ya virusu dərhal hiss etmir. Ancaq müəyyən müddət keçdikdən və xəstəliyin əlamətləri birüzə verdikdən sonra hər hansı bir virusun, bakteriyanın və s. bədəninə daxil olduğunu anlayır. Buna görə də mikroblara qarşı ilkin tədbir görməmişdir. Belə olduqda xəstəlik bədənə sürətlə və maneəsiz yayılır və nəticədə müalicəsi mümkün olmayan fəsadlar meydana gətirir. Müalicə oluna bilən, yüngül bir xəstəliyə tutulsa belə, gec müdaxilə edildiyi üçün bəzən hətta ölümlə nəticələnə bilir. İndi immun sistemi işçilərinin idarəsinin tamamilə insana həvalə edildiyini, bütün “döyüşü” insanın özünün müəyyənləşdirdiyini fərz edək. Hansı çətinliklərlə üzləşərdik?

Fərz edək ki, xəstəliyin diaqnozu tez qoyuldu. Dərhal yad cisimlərin olduğu bölgəyə döyüşçü hüceyrələri göndərilməli və B hüceyrələrinə silah ( anticisim) istehsalı əmri verilməlidir. Bəs yad hüceyrələrin növü və yeri necə müəyyənləşdiriləcək? Bu, çox böyük əhəmiyyət daşıyır, çünki müalicə buna uyğun aparılacaq. Orqanizmə düşmənlərin daxil olduğuna dair ən kiçik bir şübhə yarandıqda belə yeganə həll yolu, vaxt itirmədən həkimə gedib orqanizmin bütün nahiyyələrinə, hər damla qana ətraflı şəkildə nəzarət etdirməlidir. Əks halda antigenlərin növünü və yerini müəyyən etmək mümkün deyil. Üstəlik bunun üçün tələb olunanan vaxt müdaxilənin gecikməsinə səbəb olur. Beləliklə hər kiçik şübhədə həkimə gedib, bu cür əməliyyatlar etdirmək insanın həyatını çox çətin və dözülməz hala gətirər.


mudafie sistemihttp://www.harunyahya.org/bilim/hy_savunma_sistemi_mucizesi/res/41a.jpghttp://www.harunyahya.org/bilim/hy_savunma_sistemi_mucizesi/res/41c.jpg
Qanımızdakı milyonlarla limfosit bədən üçün təhlükə törədən orqanizmləri məhv etmək funksiyası daşıyır. Bu şəkillərdə TK hüceyrəsi (narıncı rəngdə ) xərçəng hüceyrəsinə hücum edir.T hüceyrəsi aşındırıcı fermentləri vasitəsi ilə xərçəng hüceyrəsinin qoruyucu zərini zədələyir və hüceyrəni öldürür. Döyüşdən sonra xərçəng hüceyrələrinin ancaq nüvəsi qalır. (Böyük şəkil)

Fərz edək ki, hansısa yolla vaxtında müdaxilə edib antigenlərin növünün və yerini dəqiq müəyyənləşdirə bildik. Düşmənin növünə uyğun olaraq əvvəlcə faqositlər göndərilməlidir. Bəs faqositləri həmin əraziyə necə göndərəcəyik? Düşmən hüceyrələrinin yerini onlara necə göstərəcəyik? Fərz edək ki, bu qeyri-mümkün vəzifənin də öhdəsindən gəldik. Növbədə faqositlərə düşməni necə məğlub edib etmədiyini öyrənmək dayanır. Çünki buna əsasən ya makrofaqlar göndərilməli, ya da döyüş dayandırılmalıdır. Şübhəsiz ki, bunun da yeganə yolu yenidən ətraflı həkim müayinəsindən keçməkdir. Əgər döyüş qələbə ilə başa çatmazsa həmin bölgəyə ikinci qüvvə - makrofaqlar göndərilməlidir. Bu halda isə həkim müayinəsindən keçdiyimiz müddət əleyhimizə işləyəcək. Makrofaqlar dərhal düşməndən bir hissə qopardıb T-xelper hüceyrələrini məlumatlandırmalıdır. Çünki T-xelper hüceyrələri də öz növbəsində TK hüceyrələrini xəbərdar etməli və beləliklə başqa bir mübarizə başlamalıdır. Təbii ki, bu döyüşün də nəticəsi müəyyən edilməlidir ki, NK (natural killers) hüceyrələrinin çağırılıb-çağırılmamasına qərar verilsin. Yəni növbəti dəfə ciddi həkim müayinəsindən keçmək lazımdır. Son müayinədən sonra xəstəliyin immun sistemi vasitəsi ilə məğlub edilib-edilmədiyi aydın olacaq.

İmmun sisteminin nəzarəti insanın özünə tapşırılsa öhdəsindən gəlmək bu qədər çətin və mürəkkəb olar. Yəni adi soyuqdəymə üçün belə dəfələrlə həkim müayinəsindən keçməli, ən son tibbi avadanlıqlarla, böyük miqdarda pul xərcləyərək hüceyrələrinin fəaliyyətini izləməli, daima onları istiqamətləndirilməli olardı. Cüzi gecikmə və ya səhv hərəkət xəstəliyi daha da şiddətləndirər.
Bəs bizdən bu hüceyrələri yaratmaq, düşmənləri ilə tanışdırmaq, müvafiq anticisim istehsal etmək və bütün döyüş startegiyasını bu hüceyrələrə öyrətmək tələb olunsa vəziyyətimiz necə olar? Şübhəsiz ki, belə bir həyat yuxarıda bəhs etdiyimiz prosesdən qat-qat daha çətin, hətta qeyri-mümkün olardı .

Halbuki Allah insana belə bir yük yükləməmiş, bizim üçün öz-özünə, heç bir xətaya yol vermədən və qüsursuz fəaliyyət göstərən bir sistem yaratmışdır. Kainatdakı hər şey kimi immun sistemimiz də öz yaradılışına uyğun hərəkət edir. Bu sistem canlılar üçün olduqca böyük əhəmiyyət daşıyır:

"Və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman” (İnşiqaq surəsi , 2)

Tolerantlıq

İmmun sistemi dost və düşmən hüceyrələri qəbuledicilər vasitəsilə tanıyır. Ancaq bəzi yad cisimlərin quruluşu orqanizmin bəzi toxumalarının quruluşu ilə oxşarlıq təşkil edir. Bu da immun sistemi üçün böyük problemdir. Çünki belə olduqda bəzən immun sistemi səhvən öz toxumalarından bəzilərinə də hücum edir.

Ancaq sağlam insan orqanizmində bu baş vermir. İmmunitetimiz aid olduğu orqanizmin molekul , hüceyrə və toxumalarına hücum etmir. Tibbdə immun sisteminin bu xüsusiyyəti "tolerantlıq" adlandırılır.

Bu çox böyük bir möcüzədir. Çünki immun sistemi minlərlə müxtəlif zülalı bir-birindən ayırd edə bilir. Məsələn, immunitet sisteminin qandakı hemoqlobini mədəaltı vəzi insulinindən və ya gözdəki şüşəyəbənzər cisimdən və digər bir çox zülalı quruluşuna görə ayırd etməlidir. İmmunitet sistemi yad molekullara qarşı amansız mübarizə apararkən , orqanizmə aid toxumalara zərər verməməlidir.


mudafie sistemi
İmmunitet sisteminin işçiləri hər hansı bir xəstəlik zamanı dostu düşməndən ayıra bilmədiyi zaman öz toxumalarına zərər verir. Şəkildə orqanizmin öz hüceyrələrinə hücumu əks olunmuşdur.

Alimlər orqanizmin öz toxumalarına qarşı “tolerantlığını” öyrənmək üçün uzun illər tədqiqatlar aparmışlar. Lakin T və B hüceyrələrinin orqnizmin özünə niyə zərər vermədikləri yalnız son iyirmi ildə kəşf edilib. Uzun araşdırmala nəticəsində ancaq bir qismini aydınlaşdıra bildikləri bu tolerantlıq sistemi insan yarandığı andan fəaliyyətdədir.

Bəs hüceyrələrimiz fərqli cisimləri ayırdetmə qabiliyyətinə necə yiyələniblər? Bəlkə təkamül nəzəriyyəsinin iddia etdiyi kimi şüursuz təsadüflər nəticəsində? Elm, şüur və ağıl tələb edən bu qabiliyyətin şüursuz atomlar tərəfindən təsadüfən əmələ gəlməsi, əlbəttə ki, qeyri-mümkündür. Limfositin qüsursuz fəaliyətini yaxından araşdırdıqda təsadüf iddiasının nə qədər məntiqsiz və cəfəng olduğu daha aydın olacaq.

Çəngələbənzər vəzi və ya sümük iliyində əmələ gələn immun hüceyrəsi bədənin öz orqanlarına zərər verərsə ya öldürülür, ya da təsirsiz hala gətirilir. Yetkin limfosit də, eyni şəkildə, vücuda zərər verəsə eyni aqibətlə üzləşir. Yəni bədənə zərər vermə ehtimalı olan müdafiə hüceyrəsi ya öldürülür, ya da intihar edir.
T hüceyrəsi bədənin öz hüceyrəsi ilə qarşılaşarsa hücum etmir və özünü təsirsiz vəziyyətə gətirir. Eyni zamanda bədəndə antigen xüsusiyyəti daşıyan, ancaq məhv edilməməli maddə varsa bədən anticisim istehsal etmir və bu maddəyə hücum etmir.

Orqanizmdə 1 trilyon limfosit olduğunu nəzərə alsaq, bu hüceyrələrin hər birinin ancaq yad cisimlərə hücum etməyinin nə qədər böyük bir intizam tələb etdiyini daha yaxşı anlayarıq.


Qorunan sədd

Ana bətninə düşən embrion, əslində, orqanizm üçün yad cisimdir. Buna görə də bədənə daxil olduğu andan etibarən orqanizmin hücumuna məruz qalır. Düşmən hesab edilən embrionun inkişafına icazə verilmir. Ancaq bu yad cisim əvvəlcədən hücumlara qarşı hazırlıqlı olur. Asan əmələ gəlməsi ilə yanaşı, doqquz ay yerləşdiyi mühitdə anticisimlərin hücumuna məruz qalmadan inkişafını tamamlamağı bacarır.

Bəs bu proses necə baş verir?

Embrionu əhatə edən xüsusi baryer ancaq qandakı qida maddələrini qəbul edir, yəni bu baryer vasitəsi ilə emrbion onun üçün təhlükə törədən anticisimlərdən təcrid edilmişdir .Əks halda anticisimlər embrionu məhv edərlər.

Embrionun ana bətnində qüsursuz şəkildə anticisimlərdən qorunması yaradılışa ən gözəl nümunələrdən biridir.

Təkamülçülər belə qüsursuz bir sistemi nə mutasiya, nə təbii seçmə, nə də iddia edilən təkamül mexanizmi ilə izah edə bilmirlər. Buradakı yaradılış möcüzəsini aydın şəkildə görürük. Quranda Rəbbimiz embrionu etibarlı bir yerdə yerləşdirildiyini belə xəbər verir:

"Məgər Biz sizi dəyərsiz bir sudan (nütfədən) xəlq etmədikmi?Biz onu etibarlı bir yerdə yerləşdirmədikmi –məlum bir vaxta kimi?Biz (nütfəni yaratmağa) qadir olduq. Nə gözəl Qadir olanlarıq (Biz)!" ( Mursəlat surəsi, 20-23)

Bəhs etdiyimiz hüceyrələr də bəzən xətaya yol verir, funksiyalarını qüsursuz yerinə yetirə bilmirlər. Təbii ki, Allah diləsəydi, belə xətalar da olmazdı. Rəbbimiz dünyanın müvəqqəti və acizliklərlə dolu olduğunu anlamağımız üçün belə xətaları hikmətlə yaradır. Bütün bu xəstəliklərə, acizliklərə baxmayaraq insan bəzən Allah qarşısında öz acizliyini unudur. Ən müasir texnologiya, tibb belə Rəbbimiz diləməzsə onun xəstəliyinə çarə tapa bilməyəcəyini, Allah istəsə şəfa tapa biləcəyini düşünmür. Həmişə həyatda sağ-salamat olacağını, heç vaxt ölümlə üzləşməyəcəyini və haqq-hesab günü Allah`ın hüzurunda cavab verməyəcəyini düşünərək həyatına davam edir. Xəstəlikdən əzab çəkən insanın vəziyyətini anlamadan yaşayır. Buna görə də sağlamlığın nə qədər böyük bir nemət olduğunu, bu anları səmərəli qiymətləndirməli olduğunu başa düşmür. Bu xüsusiyyətə sahib insana yuxarıda qeyd etdiklərimizi izah etmək olduqca çətindir . Məhz xəstəliklər həmin insana bütün bunları birdəfəlik izah edər. O ana qədər bəlkə də heç düşünmədiklərini, Allah`ın gücü qarşısındakı sonsuz acizliyini, çarəsizliyini, Rəbbimizin izni ilə yaradılan texnologiyanın da ancaq Onun izni ilə çarə olduğunu, ehtiyac içində olanı, ölümü, hətta xəstəliyin dərəcəsinə görə ölüm sonrasını belə düşünməyə başlayır. Sağlamlığının dəyərini anlayır . Kor-koranə bağlandığı dünya həyatının sədaqətsizliyinə şahid olur. O ana qədər əsl yurd olan axirət üçün əməllərini götür-qoy etməyə başlayır. Həqiqətən də, insan bir az düşünsə əsas axirəti üçün yaşmalı olduğunu anlayır. Axirət yurdu illərlə məhdudlaşmır və burada yuxu, aclıq, təmizlənmə kimi zəruri ehtiyac və xəstəliklər yoxdur. Cənnətdəki sonsuz nemətlər bir ayədə belə vurğulanır:

"...Onlar (Cənnətdə) ürəklərinin istədiyi (nemətlər) içində əbədi qalacaqlar..” (Ənbiya surəsi, 102)

Ancaq insanların bir çoxu yalnız xəstələndiklərində bütün bunları, sağlamlıqlarının dəyərini, dünyanın müvəqqəti olduğunu düşünür, şəfa üçün dua edir, lakin şəfasına qovuşub sağaldığında duasını unudur. Uca Allah haqq Kitabımız Quranda "İnsanların başına bir bəla gəldiyi zaman Rəbbinə üz tutub Ona yalvarırlar. Sonra O, Özündən onlara bir mərhəmət daddıran kimi, onlardan bir dəstə Rəbbinə şərik qoşur. . " (Rum surəsi , 33) ayəsi ilə insanların bu xüsusiyyətinə diqqət çəkmişdir

Hər şeydən xəbərdar olan Allah (Xabir) qullarının bu vəziyyətini də bildiyi üçün minlərlə xəstəlik növü yaratmışdır. Hər biri insan üçün yaxın təhlükədir. Bunlardan birinə, bəlkə də ən təhlükəlisinə yoluxmayacağınızdan əsla əmin ola bilməzsiniz. Sahib olduğumuz bütün orqanlarımızın, bütün sistemlərin fəaliyyətini və nizamını bir anda məhv edəcək təhlükələrlə üz-üzəyik . Bütün bunlar insana dünya həyatının müvəqqəti olduğunu xatırlatmaq üçün yaradılan səbəblərdəndir. İnsana düşən isə, bütün bunlar üzərində düşünmək və Allah`a yönələrək, Rəbbimizin rizasını qazanmaq ümidi ilə Quran əxlaqını yaşamaqdır.