Sistemin düşmənləri

Ən sadə şəkildə nəzarətsiz hüceyrə çoxalması olaraq təsvir edə biləcəyimiz xərçəng hansı növdə olursa olsun əvvəlcə normal, sağlam bir hüceyrədən əmələ gəlir və öz inkişafının əvvəlki mərhələsində bu normal hüceyrənin əsas xüsusiyyətlərini daşıyır. Ancaq bu hüceyrələr bəzi qabiliyyətlərini itirirlər. Xüsusilə də yaxınlarından və ya bütöv orqanizmdən gələn və hüceyrə bölünməsini nizamlayan siqnallara cavab vermə qabiliyyətlərini... Belə pozuntu ortaya çıxdıqda hüceyrə öz çoxalmasını və dolayısı ilə toxumaların böyüməsini idarə edə bilmir. Bundan əlavə "dayanmadan bölünmə xüsusiyyəti " genetik olaraq yeni hüceyrələrə də ötürüldüyündən, getdikcə yayılaraq bədəndə şişlər meydana gəlir və bu hüceyrələr qonşu toxumaları zəbt etməyə başlayırlar. "Pozulmuş" hüceyrələr digər hüceyrələrin qidasınını mənimsəyir və ehtiyac duyulan amin turşusu ehtiyatını sərf edərək böyüyən həcmləri ilə bədəndəki keçidləri bağlayırlar. Bir yerə toplanıb ağciyər, beyin, qaraciyər, böyrək kimi orqanların normal, sağlam hüceyrələrini əhatə edərək, orqanın fəaliyyətlərini yerinə yetirməsinə mane olduqlarından həyati baxımdan təhlükəli bir quruluş meydana gətirirlər.


mudafie sistemi

mudafie sistemi

Xərçəng hüceyrələri (çəhrayı ), limfosit (sarı) döyüşü.

Sağlam hüceyrələr ancaq qonşu hüceyrələrdən əmr aldıqları təqdirdə çoxalırlar. Bu sistem tamamilə orqanizmin təhlükəsizliyi üçündür. Lakin bu mexanizmə qarşı laqeyd qalan xərçəng hüceyrələri malik olduqları çoxalma sistemləri üzərindəki " nəzarəti " rədd edirlər. Bura qədər təsvir edilən xərçəng növü immunitet sistemi üçün bir problem deyil. Həddindən artıq böyüyən və sayları artan xərçəng hüceyrələri ilə güclü immunitet sistemi asanlıqla mübarizə aparıb xəstəliyə qalib gələ bilər. Xərçəng hüceyrələrinin bir ferment ( pac -man fermenti ) vasitəsi ilə öz pərdəsini deşib qan və limfa mayesinə sızaraq damarlar vasitəsi ilə bədənin daha uzaq yerlərinə yayılırlar (metastaz verirlər).
Yaranan mənzərə heç də ürəkaçan olmur. Bədəndəki bir sıra hüceyrələr o ana qədər sağlam bir tərzdə görməmizi, eşitməmizi, nəfəs almamızı, həyatımızı davam etdirməmizi təmin edərək əməkdaşlıq içində fəaliyyət göstərərkən birdən-birə qonşu hüceyrələrdən aldıqları " dayan " əmrinə asi olur. Bu əmrə itaət etməkdən imtina edib, çoxalmağa böyük sürətlə davam edir və bəzən orqanizmin ölümünü daha da tezləşdirir.

Orqanizmimizi bir ölkəyə, müdafiə sistemimizi də bu ölkənin çox qabiliyyətli, qüvvətli, tam təchizatlı ordusuna bənzətsək, xərçəng hüceyrələrinə də ölkədə baş qaldıran üsyançılar deyə bilərik. Bu üsyankar dəstə hər keçən gün saylarını bir az daha artıraraq, mövcud quruluşu dağıtmağa davam edir. Ancaq sözügedən ölkənin ordusu asan qalib gəlinəcək bir ordu deyil .

Həqiqətən də immunitet sisteminin ön cəbhə müdafiəçiləri olan makrofaqlar təcavüzkarla qarşılaşanda dərhal onu əhatə edir və ifraz etdikləri xüsusi növ zülalla xərçəng hüceyrələrini yox edirlər. Bundan başqa sistemin güclü və ağıllı döyüşçüləri olan T hüceyrələri və onların tayı-bərabəri olmayan silahları-anticisimlər hüceyrə pərdəsini deşərək orqanizmə və limfa mayesinə qarışmağa başlayan xərçəng hüceyrələrini öldürürlər. Xərçəng inkişaf edərkən belə immunitet sisteminin bu müdafiəsi davam edir. Hətta xəstəliyin tam inkişafından sonra da immunitet hüceyrələri xərçəngin inkişafına və irəliləməsinə yavaşladıcı (tormozlayıcı) təsir göstərir.

Hər bir insan hüceyrəsində mövcud olan, xərçəngin qarşısını alan tənzimləmələrdən biri də hüceyrənin intihar sistemidir ( apoptosis ). Apoptosis hüceyrədə DNT-dəki bir zədə , bir şiş əmələ gəlməsi, ya da xərçəngin qarşısını alan genin ( P53 ) təsirinin azalması nəticəsində meydana çıxa bilər. Mənfi bir hadisə kimi görünən hüceyrənin intiharı əslində bu tip həyati pozuqluqların önünə keçərək, gələcək nəsilə ötürülməsinin qarşısını alaraq həyat üçün çox böyük əhəmiyyət daşıyır. Düşünün ki , bütün orqanizmə yönəldilmiş potensial xərçəng təhlükələri bir hüceyrənin itirilməsindən təbii ki, daha yaxşıdır. Bünövrəsində bütün bədənə zərər verən bir pozulma olduğunu görən hüceyrələrimiz öz həyatları bahasına insanı qurtarmaq üçün bu üsula baş vururlar.


mudafie sistemi
Hüceyrə lazımlı vəziyyətlərdə bir qayda olaraq öz həyatına son qoyur.

Xərçəngin həyati təhlükə meydana gətirən quruluşa gəlib çıxması, xəstə hüceyrələrin bu intihar sistemindən qaçıb xilas olmağı bacardıqları zaman baş verir. Bu vəziyyətdə isə nəzarətsiz çoxalmağa qarşı ikinci bir müdafiə etmə mexanizmi hərəkətə keçir. Bu mexanizmdən da xilas olduqları halda onları başqa bir mərhələ gözləyir; " böhran" dövrü. Bu pillədə əvvəlki təhlükəsizlik sistemindən xilas olmuş hüceyrələr kütləvi halda ölürlər. Lakin bunların arasında bir hüceyrə, yenə böhrandan xilas olmağı bacarır. Bu "asi " xərçəng hüceyrəsidir və bu asi xarakterinin miras buraxacağı nəvələri olduqca çoxalacaq. Artıq xəstə üçün xərçənglə şiddətli mübarizə dövrü başlamışdır. Görəsən xərçəng hüceyrələrinin bu müvəffəqiyyətinin səbəbinin təkcə qonşu hüceyrələrdən əmr almadan , nəzarətsiz bir şəkildə öz başlarına çoxalmalarıdırmı? Bu müvəffəqiyyətin arxasında başqa səbəblər də vardır:

Hüceyrələr səthlərində harada olmaları lazım olduğunu göstərən bir növ ünvan sistemi daşıyırlar. Bədəndəki bütün hüceyrələr tərəfindən də oxuna bilən bu müraciət sistemi sayəsində heç bir hüceyrə digərinin yerini işğal etmir və hamısı aid olduğu yerdə qalır. Bu toxumaların bütövlüyünü təmin edən bir sistemdir. Harada olması lazım olduğunu bilən, başqa yerə getməyən və başqasının öz yerinə keçməsinə imkan verməyən hüceyrələr bu hərəkətləri ilə bədənin sağlam qalmasını da təmin etmiş olurlar. Çünki bir yerə ilişə bilməyən, ya da əlverişsiz bir yerə ilişən hüceyrələr intihar edirlər. Amma bu sistemlə hüceyrələrin məskənsiz qalması, ya da əlverişsiz bir yerə yapışmasına mane olunduğu üçün hüceyrə intiharlarının qarşısı alınır. Amma bu asan bir proses deyil. Bunun üçün bütün hüceyrələrin öz yerlərini və digərlərinin yerlərini tanımalı, bir-birlərinin yerlərini işğal etməməli olduqlarını bilmələridirlər. Bunu da yerləşdikləri yerdə qalmalarını təmin edən bir sıra vasitəçi molekullar sayəsində öyrənirlər. Ancaq bəzən bu vasitəçi molekulların olmaması, ya da fəaliyyət göstərməməsi kimi vəziyyətlər olur. Məhz xərçəng hüceyrələrinin sahib olduqları üstünlüklərdən biri də budur. Maneə törədən molekulların olmaması xərçəng hüceyrələrinin yayılmasını daha sürətləndirir. Bundan başqa xərçəng hüceyrələrinin bir yerə lövbər atma asılılıqları yoxdur. Bu qanunu qəbul etmədən pozurlar və heç bir yerə ilişmədən da yaşaya bilirlər.

mudafie sistemiLeykositlər bədəndə sabit yeri olmayan istisna hüceyrələrdir. Bunlar "metalloproteinaza" adlanan xüsusi bir ferment ilə digər hüceyrə pərdələrini və toxumalarını deşib maneələri aradan qaldırırlar. Bu səbəbdən orqanizmin istədikləri hissələrinə asanlıqla gedə bilirlər. İmmunitet hüceyrələri bu fermenti düşməni əldə etmək üçün istifadə edərkən, xərçəng hüceyrələri eyni fermenti tamamilə fərqli bir məqsəd üçün tətbiq edirlər. Onların məqsədi sağlam hüceyrələrə hücum etmək və zəbt etməkdir.

Xərçəng hüceyrəsinin məharəti yalnız bunlarla bitmir. Müdafiə ordusuna qarşı oynadığı bəzi tamaşalar də vardır. Ancaq burada qabiliyyətli bir teatr aktyorundan bəhs etmədiyimizə görə bir hüceyrənin sözügedən səhnəni necə oynadığı olduqca düşündürücüdür. Bu üstün ağlın nümayişi olan oyunlara keçmədən əvvəl bura qədər izah etdiklərimizə bir nəzər salaq.

Sizcə müdafiə ordumuzun mərhələ mərhələ, düşmənə qarşı bir sıra barrikadalar qurması normal qarşılanacaq bir vəziyyətdir? Ordu deyə bəhs etdiyimiz bu quruluş ancaq elektron mikroskopla görülə bilən hüceyrələrdən ibarətdir. Olduqları bölgələri qoruyub mühafizə etmək, lazım olanda içlərində olduqları bədənin sahibi üçün canlarını fəda etmələri, heç usanmadan mübarizələrini davam etdirmələri ... Bunların heç biri təsadüf məhsulu deyil. Mübahisəsiz, burada şüurlu və mütəşəkkil bir fəaliyyətin varlığı açıq-aydın görünür.

Bütün bu çətin vəzifə çox yaxşı təhsil almış bir trilyonluq insan birliyinə əmanət edilsəydi, görəsən nə olardı? Müvəffəqiyyət qrafiki bu qədər yüksək olardımı? Bütün bu kütləyə tətbiq olunan qatı intizam qaydalarına və sanksiyalara baxmayaraq, söz keçirilərdi? Buradakı insanların yalnız bir neçəsi belə, istehsal etməli olduğu mayenin, yəni anticismin düsturunu unutsa, tənbəllik edib etməsə, tam intihar etməsi lazım olan yerdə fikrini dəyişsə... Bəhs etdiyimiz mübarizə görəsən müvəffəqiyyətlə nəticələnərdi? Trilyonluq bir ordu heç qarışıqlıq çıxmadan, mübarizəsinə nöqsansız davam edə bilərdi? Bu döyüşün təşkilinin, bu qədər əsgərin təliminin öhdəsindən gələ bilən neçə cəsur və ağıllı idarəçi ola bilər? Amma immunitet hüceyrələrimizin heç bir idarəçiyə ehtiyacları yoxdur, sistemin işində də heç bir çətinliklə, xaosla qarşılaşılmır. Çünki bu sistemi bütün təfsilatı ilə mükəmməl bir şəkildə quran və sistemin işçilərinə də edəcəkləri işi ilham edən Allah’dır. “Səcdə” surəsinin 5-ci ayəsində "göydən yerə qədər olan bütün işləri idarə edir ... " deyə xəbər verilir və müdafiə ünsürü hüceyrələr də bu döyüşü Allah’ın ilhamı ilə heç dayanmadan və çətinlik çəkmədən davam etdirirlər.

XƏRÇƏNG HÜCEYRƏLƏRİNİN OYUNLARI

Unudulmamalıdır ki , xərçəng hüceyrələri əslində bədənin özünə aid hüceyrələrdir və insanın öz molekulyar möhürünü daşıyırlar. Buna görə də xərçəng hüceyrələrinin immunitet hüceyrələri tərəfindən tanınmaları asan deyil. Bundan əlavə xərçəng hüceyrələri necə bacardıqları hələ aydınlaşdırılmayan bir üsulla anticisimlərin bir qismini özlərinə bağlamağı bacarırlar.

Anticisimlər düşmən hüceyrələrin fəaliyyətlərini dayandıran zülallardır . Ancaq bilinməyən bir səbəbdən xərçəng hüceyrələri anticisimlərə tamamilə əks reaksiya verir. Fəaliyyətləri dayanmaq əvəzinə artır, şiş daha sürətli və güclü bir şəkildə yayılır. Xərçəng hüceyrəsinin üzərinə bağlanan anticisimlər xərçəng hüceyrəsi ilə bir növ əməkdaşlıq edirlər. Digər anticisimlər üzərinə antikor bağlanmış xərçəng hüceyrəsinə müdaxilə etmirlər. Beləcə, xərçəng hüceyrəsi bir mənada özünü kamuflyaj edir.


mudafie sistemi

Öldürücü T hüceyrələri, xərçəngə yoluxmuş hüceyrəyə hücum

mudafie sistemi

Xərçənglə yoluxmuş hüceyrələr tək hərəkət etmirlər. Bu hüceyrələrlə əməkdaşlıq edən və xəbərləşən bir çox hüceyrə vardır.
(sağ alt şəkil döş xərçəngi , böyük şəkil dəri xərçəngi)

Anticisimlərin düşmənlə etdiyi əməkdaşlıq daha geniş miqyas ala bilər. Bəzən digər anticisimlərlə birləşərək, "saxta təzyiqedici T hüceyrələri" meydana gətirirlər. Bu saxta T hüceyrələri bir çox anticisimə " təhlükə yoxdur " siqnalı verir. Lakin bəzən bundan daha pisi də olur və saxta təzyiqedici T hüceyrəsi yerinə, " saxta köməkçi T hüceyrəsi " meydana gətirirlər. Bu dəfə əmr daha da çox sayda anticisim üçün etibarlıdır. Xərçəng hüceyrələrinin rahat inkişafı üçün bundan daha uyğun bir şərt düşünülə bilməz.

Bundan başqa, xərçəng hüceyrələri bəzən "tələ antigenler" yayaraq, özlərini müdafiə sisteminin hücumlarından qorumaq naminə qurban verirlər. Bu şişlər səthlərindən o qədər çox sayda antigen yayırlar ki, qan bu antigenlərlə aşıb daşır. Halbuki bu antigenlər saxtadır və bədənə birbaşa heç bir zərərləri yoxdur. Lakin anticisimlərin bundan xəbəri olmadığından, düşmən zənn etdikləri bu antigenlərə qarşı dərhal mübarizəyə girişirlər. Bütün bu qarışıqlıq əsnasında həqiqi və təhlükəli xərçəng hüceyrələri də narahat edilmədən, düşməninin əlindən xilas olmağı bacarırlar.


AĞILLI BİR DÜŞMƏN : QİÇS

İlk hissələrdə viruslardan bəhs edilmış və həyatımızda nə qədər əhəmiyyətli bir rol oynadıqlarına toxunulmuşdu. Məhz bu virusların az qala ən təhlükəlisi, insanı ən çox məşğul edəni və bəlkə də daha uzun illər məşğul edəcək olanı "İnsanın immunçatışmazlı virusu”dur. Çünki bu mikrovarlıq digər viruslardan fərqli olaraq, immun sistemini tamamilə aradan qaldırır. İmmunitet sistemi fəaliyyət göstərməyən bir insanın həyatını davam etdirməsi isə qeyri-mümkündür.

İnsanın müdafiə sistemini çökdürərək, hər cür xəstəliyə tutulmasına, bütün orqanizmində təmir edilə bilməz zədələr meydana gəlməsinə və nəticə olaraq ölməsinə səbəb olan İİV tədqiqatçıları uzun müddət məşğul etmiş, sonra da ümidsizliyə salmışdır. Elm və Texnika jurnalı 1993-cü ilin avqust buraxılışında bu mövzu ilə bağlı bu cümlələri ifadə etmişdir:

"Daha çox şey öyrəndikcə, hər şeydən daha az əmin oluruq. "Bu cümlə, həftəlik elm jurnalı Science - nin QİÇS üzərində çalışan dünyanın ən tanınmış 150 tədqiqatçısı arasında apardığı bir sorğunun ortaq cavabını meydana gətirir. Həqiqətən də, artıq heç kim illərdir müdafiə olunan tezislər haqqında qəti mühakimə yürüdə bilmir. Dünənə qədər doğruluğu mübahisə edilməyən rəylər kökündən səhv olduğu aydınlaşaraq bir kənara atılır. Nəhayət elə bir məqama gəlinir ki , artıq geriyə qayıdaraq , bir zamanlar yalnız gülünüb keçilən, heç kimin dəyər vermədiyi QİÇS və faktoru İİV haqqındakı köhnə nəzəriyyələr belə bir-bir gözdən keçirilərək nə qədər etibarlı olduqları müzakirə edilir. Elm və Texnika Jurnalı , cild 26 , Say 309 , Avqust 1993 s. 567

mudafie sistemi Yuxarıdakı şəkil limfa düyününün sağlam halı,

mudafie sistemiBu şəkildə isə QİÇS virusu tərəfindən məhv edilmiş halı görünür

.

Aradan keçən illər bu vəziyyəti dəyişdirmək əvəzinə, daha da dərinləşdirmişdir. Bu gün hələ cavabsız qalan bir çox sual olmaqla bərabər, yeni rəylər mövcud sualların sayını artırmışdır və QİÇS hələ bəşəriyyət üçün sirrdir.

İVV haqqında məlum olan ən əhəmiyyətli məlumatlardan biri bu virusun orqanizmin bütün hüceyrələrinə deyil, ancaq bəzilərinə daxil olduğudur. Bunlar arasında da əsas hədəf müdafiə sisteminin ən təsirli elementi olan köməkçi T-helper hüceyrələridir. Bu əslində çox əhəmiyyətli bir məqamdır. Yoluxa biləcəyi saysız-hesabsız hüceyrə növü varkən, işinə ən çox yarayacaq müdafiə sistemi hüceyrələrini seçməsi insan orqanizmi üçün böyük fəlakətin başlanğıcı olur.

Müdafiə sisteminin şah damarı olan T hüceyrələri ələ keçiriləndə geriyə baş komandanı getmiş , düşməni tanıya bilməyən bir ordu qalır. Əslində bu çox əhəmiyyətli bir döyüş taktikasıdır. Çünki xəbərdaretmə və kəşfiyyat sistemi çökmüş bir ordu gücünün hamısını itirmiş sayılır.


mudafie sistemi
Qiçsə gətirib çıxaran İİV virusunun hissəcikləri (mavi rəngdə) xəstəlik yaratmaq üçün digər bir hüceyrəyə hərəkət etmədən əvvəl, xəstəlik müdafiə hüceyrəsində çoxalır. Müdafiə sistemi başlanğıcda belə bir yayılma ilə başa çıxsa belə, nəticə olaraq virus tərəfindən nəzarət altına alınır. Bunun səbəbi isə hələ ki məlum deyil.

Bundan əlavə, bədəndəki anticisimlərdə QİÇS virusuna bir zərər vermirlər. Qiçsli xəstələrdə antigen istehsalı davam edir, amma T-killer hüceyrələrinin olmaması səbəbindən təsirləri çox azalır.
Cavabı tapılmayan suallardan biri də budur: İİV diqqətini yönəltməli olan ən yaxşı hədəfi necə anlayır? Çünki orqanizmə daxil olanda müdafiə sisteminin başçısının T hüceyrələri olduğunu anlayana qədər, onsuz da mövcud sistem tərəfindən yox ediləcək. İnsan orqanizminə əvvəldən girib kəşfiyyat aparması da mümkün olmadığına görə bu taktikaya əməl etməsi lazım gəldiyini haradan öyrənmişdir ?

Bu virusun heyrətamiz bacarığının yalnız ilk mərhələsidir.

İkinci mərhələdə hədəf olaraq təyin etdiyi hüceyrələrə bağlanması lazım olacaq. Bu onun üçün heç də çətin əməliyyat deyil. Çünki virus hüceyrələrə sanki açarın kilidə uyğun gəlməsi kimi bağlanır.
Üçüncü pillədə İİV virusu özünə həyat verəcək möcüzəvi bir silsilə əməliyyatdan keçir.


mudafie sistemi
QİÇS virusu (narıncı olan) hüceyrə qılafını deşərək T hüceyrəsinə girir.

İİV yalnız bir retrovirusdur. Yəni quruluşu genetik material olaraq yalnız RNT-dən ibarətdir, DNT-si yoxdur. Bu retrovirusun həyatını davam etdirməsi üçün DNT-yə ehtiyacı vardır və bunu əldə etmək üçün də olduqca maraqlı bir üsula baş vurur. Qonaq olduğu hüceyrənin nuklein turşularını istifadə edərək , öz bünyəsində daşıdığı (geriyə doğru mənasında işlənən ) revers transkriptaza fermenti ilə RNT - sini DNT-yə çevirir. Daha sonra bu DNT-ni içində olduğu hüceyrənin nüvəsindəki DNT-yə yerləşdirir. Beləcə virusun genetik vəsaiti, T hüceyrəsinin genetik vəsaitinə çevrilir. Yəni hüceyrə çoxaldıqca, onunla birlikdə viruslar da çoxalır. Artıq hüceyrə virus üçün bir fabrik kimi işə başlamışdır. Ancaq hadisənin səbəbkarı İİV- in məqsədi yalnız bir hüceyrəni zəbt etmək deyil. O , bununla kifayətlənməyib , bütün orqanizmi ələ keçirmək istəyəcək.

Bu da dördüncü mərhələdir: Bir şəkildə o və başqaları (hüceyrə çoxalarkən, özünü də çoxaltdığından, artıq bir çox İİV virusu meydana gəlmişdir) olduqları hüceyrədən çıxıb, saylarını artırmaq üçün yeni hüceyrələr zəbt etmək istəyirlər. Ancaq bunun üçün xüsusi bir güc sərf etmirlər. Çünki hadisələrin təbii gedişi tamamilə istədikləri şəkildə reallaşır: işğala məruz qalan T hüceyrəsinin qılafı, bir müddət sonra təzyiqə dözə bilməyib deşik-deşik olur və beləliklə yeni viruslar hüceyrədən xaricə çıxaraq onları qəbul edən başqa hüceyrələr tapır. Beləliklə virus sayını artırdığı kimi, içində sığındığı T hüceyrəsini də öldürür.

Bura qədər rahat gələn İİV artıq bədəni ələ keçirmişdir. Ən azından, insanlar onu məğlub edəcək bir dərman tapana qədər... İndi virus istəsə yuxuya gedib, illərlə bədəndə özünü biruzə vermədən yaşayar, ya da qorxunc hücuma dərhal başlayar.


NƏ ÜÇÜN XƏSTƏLİYİN ÇARƏSİ HƏLƏ DƏ TAPILMAYIB?

İİV orqanizmə daxil olduqdan sonra gündə on milyarda qədər virus istehsal edir. Bir gün kimi qısa müddətə sığan bu dərəcədə sürətli istehsal əməliyyatının heç şübhəsiz müasir texnologiya belə öhdəsindən gələ bilməz. Üstəlik, məhsul sadə bir şey də deyil. Burada insan bədənini tamamilə ölümə apara biləcək qabiliyyətdə, mükəmməl bir plan nəticəsində hüceyrəni ələ keçirən və öz surətlərini istehsal etdirən bir mikroorqanizmdən söhbət gedir .
Ayrıca İİV-in qabiliyyətləri bunlarla məhdudlaşmır. Bu virus tutulmamaq üçün özünü müxtəlif şəkillərə salır. Bunun sayəsində ona qarşı istifadə edilən bütün dərmanlar təsirsiz qalır. Tibb bu gün virusa eyni anda çoxsaylı dərmanla hücum etməklə bu müqavimətin bir az da olsun qarşısını almağı bacarmışdır. Amma problem kökündən həll olmamış, yalnız xəstələrin yaşama müddəti bir az uzadılmışdır.


mudafie sistemi

Solda sağlam T hüceyrəsinin görünür. Sağda isə düşmən tərəfindən (QİÇS virusu) təsirsiz hala gətirilmiş bir T hüceyrəsinin isə daha dairəvi və yumşaq bir görünüşü vardır. Bu görünüşlər 3000 dəfədən çox böyüdülmüşdür.

Burada təhlükəni sezən virusun özünü yeniləməsi həqiqətən heyrətamizdir. Alimlər bu taktika qarşısında çarəsiz qalmışlar.
İİV-in ağlasığmaz taktikaları yalnız bunlar deyil. Qandakı köməkçi T hüceyrələri eynilə bir zəncirbəndin dişləri kimi bir-birlərinə dəyərək üzürlər. Bu səbəbdən İİV qandakı anticisimlərə dəyməmək üçün bir T hüceyrəsindən digərinə atlayaraq irəliləyir. Burada bəhs edilən virus yalnız bir mikron böyüklüyündə DNT-si belə olmayan, hətta canlılar sinfinə belə daxil edilməyən bir varlıqdır. Bu varlığın insan bədənini bu qədər yaxşı tanıyıb onun öhdəsindən gələ biləcək sistemlər qurması, bunları səhv etmədən dəqiq yerinə yetirməsi və istifadə olunan bütün silahlardan özünü qoruya biləcək şəkildə fasiləsiz dəyişikliyə məruz qalması, həqiqətən heyrət doğurur . Bu vəziyyət bəşəriyyətin gözlə görünməyən bir virus qarşısında nə qədər çarəsiz qaldığının əhəmiyyətli bir nümunəsidir.


mudafie sistemi

QİÇS xəstələrində T hüceyrələri özləri yoluxmuş olmasalar da apoptoz (hüceyrənin kiçilərək ölməsi) mərhələlərindən keçərək yox olurlar. İçəri bir virus girəndə köməkçi T-helperlər adətən çoxalaraq içəri sızan virusa qarşı immunitet reaksiyası yaradırlar. T hüceyrələri bir neçə gün sonra işləri bitdikdə ölürlər. Ancaq QİÇS xəstələrindən çoxlu sayda sağlam T hüceyrəsi infeksiya ilə döyüşə girmədən intihar edirlər. Hüceyrə əvvəl içinə çökərək ətrafındakı normal hüceyrələrdən qopub ayrılır (üst sağ), daha sonra hüceyrənin üzərindən hüceyrəyə qaynayırmış kimi bir görüntü verən qabarcıqlar meydana gəlir. Nəticə olaraq parçalanır və yayılan parçaları ətrafdakı digər hüceyrələr tərəfindən qısa müddətdə həzm olunur.